214
Dünya 11 yanvar — 17:36

Emmanuel Makron da Dünya İqtisadi Forumuna getməyəcək

Fransa Prezidenti Emmanuel Makron sıx qrafik səbəbindən Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək. Bu barədə “Russia Today” xəbər verir.

"Le Figaro" Yelisey sarayına istinadən bildirir ki, E.Makron "sarı jiletlilər"in etirazlarına görə ölkədəki vəziyyətə nəzarət etməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri Donald Tramp Foruma səfərini ləğv edib.

İqtisadi forum yanvar 22-25-də İsveçrənin Davos şəhərində keçiriləcək.

Xəbərlər