418
Dünya 7 dekabr — 18:06

Ərdoğan Rusiya prezidentindən ukraynalı dənizçilərin sərbəst buraxılmasını xahiş edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı dənizçilərin buraxılması ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. Bu məlumatı RİA “Novosti” yayıb.

“Kerç boğazındakı hadisədən sonra mən əvvəlcə Rusiya Prezidenti Vladimir Putin, sonra isə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefonla danışdım. Dənizçilərin azad edilməsi ilə bağlı xahişi Putinə çatdırdım”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, təklifinin müsbət qarşılanacağına ümid edir: “Bildiyimə görə hazırda araşdırma aparılır. Bundan sonra qərar qəbul ediləcək. Belə məsələlərdə biz yalnız xahiş edə bilərik, bundan uzağa getməyəcəyik”.

Bildirilib ki, Ukrayna Prezidenti Argetintinada keçirilən “Böyük-20”liyin toplantısında Rəcəb Tayyib Ərdoğandan bu hadisəni qaldırmağı istəmişdi.

Xəbərlər