289
Dünya 7 dekabr — 16:28

Poroşenko Rusiyanı saxlanılmış dənizçilərin qeyd-şərtsiz azad edilməsinə çağırıb

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanı Kerç boğazında baş vermiş hadisədən sonra saxlanılmış ukraynalı dənizçiləri qeyd-şərtsiz azad etməyə çağırıb.

“Biz Kremli ukraynalı dənizçiləri dərhal, heç bir ilkin şərt irəli sürülmədən azad etməyə, Ukraynaya məxsus ələ keçirilmiş hərbi gəmiləri qaytarmağa səsləyirik”, - virtualaz.org “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, Poroşenko belə deyib.

Həmçinin o, Rusiyanı beynəlxalq hüquq çərçivəsində Kerç boğazında gəmilərin hərəkətini tam şəkildə açmağa və Azov dənizini işğaldan azad etməyə çağırıb.

Xəbərlər