251
Dünya 7 dekabr — 15:19

Slovakiyanın XİN başçısı istefa ərizəsini geri götürdü

Slovakiya xarici işlər naziri Miroslav Layçakistefa ərizəsini geri götürərək vəzifəsində qalıb.

TASS xəbər verir ki, istefa ərizəsi noyabr ayının sonunda parlamentdə BMT miqrasiya müqaviləsinin təsdiq olunmamasından sonra verilmişdi. Həmin müqavilənin qəbul olunduğu Baş Assambleyanın iclası M.Layçakın sədrliyi ilə keçirilmişdi.

Qeyd edək ki, 2019-cu ildə Slovakiya ATƏT sədrliyini yerinə yetirəcək, xarici işlər naziri də təşkilatın fəaliyyətdəki sədri hesab olunacaq.

Xəbərlər