321
Dünya 6 dekabr — 13:31

Cənubi koreyalıların 60%-i Kim Çen Inın bu ölkəyə səfərini dəstəkləyir

“Realmeter” sosiologiya agentliyinin dərc etdiyi məlumata əsasən, Cənubi Koreya vətəndaşlarının təxminən 60 faizi KXDR lideri Kim Çen Inın Seula mümkün səfərini dəstəkləyir.

TASS xəbər verir ki, sorğuda iştirak edənlərin 61,3 faizi Kim Çen Inın səfərinin Koreya yarımadasında möhkəm sülhə şərait yaradacağını düşünür. Eyni zamanda respondentlərin 31,3 faizi səfərin əleyhinə çıxıb. Onların fikrincə, Pxenyanın nüvəsizləşdirmə və sülh barədə bəyanatları səmimi deyil.

Sorğu dekabrın 5-də Koreya Respublikasının 500 vətəndaşı arasında aparılıb.

Bəzi yerli KİV-lər KXDR liderinin Seula səfərinin 18-20 dekabr tarixlərinə planlaşdırıldığını yazsalar da, Cənubi Koreya prezidentinin administrasiyası bu informasiyanı təkzib edib. Administrasiyanın məlumatında bildirilir ki, Kim Çen Inın səfəri bu ilin sonunda, yaxud gələn ilin əvvəlində mümkün ola bilər. Onun vaxtı Şimali Koreya tərəfindən asılıdır.

Qeyd edək ki, 2018-ci ildə Pxenyanda baş tutan üçüncü koreyalararası sammit zamanı KXDR lideri “yaxın vaxtlarda” Seula səfər edəcəyinə vəd vermişdi. Bir qədər sonra isə Cənubi Koreya Prezidenti Mun Ce-in dəqiqləşdirmişdi ki, səfər 2018-ci ilin sonunadək baş tuta bilər.

Xəbərlər