784
Dünya 12 oktyabr — 14:46

FTB xaricdəki əməkdaşlarını geri çağırdı

Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) Şərqi və Cənub-Şərqi Asiya ölkələrində işləyən bir neçə əməkdaşını Vaşinqtona geri çağırıb.

Bu barədə “Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, FTB-nin xaricdəki işçilərini geri çağırmasının səbəbi onların dəbdəbəli əyləncələrdə iştirakı və yüngül həyat tərzi keçirən qadınlarla müntəzəm əlaqələrə görə yaranan qalmaqallarla bağlıdır.

Qeyd olunub ki, geri çağırılan FTB əməkdaşları Şərqi və Cənub-Şərqi Asiya regionunun konkret 6 ölkəsində işləyənlərdir. Lakin həmin ölkələrin adı açıqlanmır.

Qəzetin sorğusuna cavab verən FTB rəhbərliyi də əmədaşların geri çağırılması barədə məlumatı təsdiqləyərək, hazırda ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişinin FTB işçilərinə qarşı ittihamları araşdırdığını bildirib. Lakin onların nədə ittiham olunduğuna aydınlıq gətirməyib. Həmçinin vurğulanıb ki, geri çağırılan FTB əməkdaşları operativ fəaliyyətlə məşğul olmayanlardır.(azvision.az)

Xəbərlər