716
Dünya 12 oktyabr — 11:46

Türkiyədə azərbaycanlını maşınla vurub öldürən sürücü azadlığa buraxıldı

Türkiyənin Alanya bölgəsinin Kestel məhəlləsində avtomobil Azərbaycan əsilli Türkiyə vətəndaşı Mətləb İmaməlini vurub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında baş verib. 34 yaşlı Mehmet U. tərəfindən idarə olunan 16 CNP 81 nömrə nişanlı avtomobil yolu keçmək istəyən M. İmaməliyə çırpılıb və o ağır yaralanıb.

Yaxınlıqdakı insanların zəngindən sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onu Alaaddin Keykubat Universitetinin xəstəxanasına aparıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, 54 yaşlı azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra sürücü Mehmet U. saxlanılıb. O, hakim qarşısına çıxarılıb və məhkəmənin qərarına əsasən, azadlığa buraxılıb.

Virtualaz.org-un araşdırmasına görə, qəzada həlak olan azərbaycanlı artıq bir neçə ildir ki, Türkiyənin Alanya şəhərində yaşayıb və işləyib.

Quba rayonunda doğulan M. İmaməlinin “Eftalia Group” otellər şəbəkəsinə aid “Sun Prime C-Lounge otelleri"nin satış şöbəsinə rəhbərlik etdiyi bildirilir.

Bundan əvvəl isə “Yekta Homes” şirkətinin, “ Titanik Deluxe Bələk Otel”, “Limak Atlantis DeLuxe Hotel”in satış və marketinq şöbəsinin müdiri olub.

G. Əliyeva

Virtualaz.org

Xəbərlər