453
Dünya 11 oktyabr — 10:12

İŞİD Suriyada "Ən-Nüsra"nın iki xlor balonunu ələ keçirdi

Suriyada İŞİD (“İslam dövləti” terror qruplaşması) terrorçuları ”Ən Nüsra” qruplaşmasının döyüşçülərinə hücum ediblər.

RİA Novosti xəbər verir ki, hadisə Latamna yaşayış məntəqəsində baş verib.

Hücum zamanı “Ağ dəbilqə” təşkilatından olan iki əsgər öldürülüb. Dörd nəfəri itirən terrorçular isə xlorla dolu iki balonu ələ keçiriblər.

Rusiya tərəfinin məlumatında deyilir ki, xlorla dolu balonlar Hələb əyalətinin cənubuna aparılıb və İŞİD-ə yaxın olan “Harras Əd-Din” terror qruplaşmasına verilib.

Xəbərlər