289
Dünya 13 iyun — 23:55

Bəşər Əsəd ABŞ-ı atəşkəsə dair razılaşmanın pozulmasında ittiham edib

Suriya prezidenti Bəşər Əsəd ölkənin cənubunda lokal atəşkəsə dair razılaşmanın pozulmasında məsuliyyəti ABŞ-ın üzərinə qoyub.

Bu barədə B.Əsəd İranın “Al Alam” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail sülh nizamlanması prosesini pozmaq məqsədilə silahlılara təzyiq göstərirlər.

“Suriyanın cənubunda lokal atəşkəsə nail olunmasa bu region güc yolu ilə azad ediləcək”, - deyə Suriya prezidenti vurğulayıb.

Xəbərlər