450
Dünya 16 aprel — 17:07

Fransa prezidenti koalisiyanın Suriyanı tərk edəcəyi vaxt haqda

Beynəlxalq koalisiyanın Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə bitən kimi başa çatacaq. Bundan başqa, Suriyada sülhün bərpasına görə məsuliyyət də var.

Trend-in məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

E.Makron qeyd edib: "Hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib və bu, terror təşkilatına qarşı müharibə bitəndə yekunlaşacaq. Fransa da bu mövqedədir, ABŞ da".

Prezidentin sözlərinə görə, koalisiyanın öhdəlikləri İŞİD-lə müharibədən sonra da davam edəcək: "Bu, həmçinin Suriya ərazisində humanitar və sülhün bərpasına görə öhdəliklərdir".

Xəbərlər