891
Dünya 7 aprel — 17:19

Saakaşvili özünə təzə iş yeri tapdı

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bundan sonra Niderland Spikerlər Akademiyasında çalışacaq. Bu barədə M. Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

Niderland Spikerlər Akademiyası ilə əməkdaşlıq haqqında anlaşma əldə etdiyini bildirən sabiq prezident Avropada olduğu müddətdə təhsil ocaqlarında məruzə oxumaqla pul qazanacağını deyib.

"Ümid edirəm ki, uzun müddət məruzə oxumaq məcburiyyətində qalmayacağam. Təcrübəmdən məruzələr üçün deyil, oliqarxları hakimiyyətdən uzaqlaşdırmaq və real islahatlar üçün istifadə edəcəyəm", - deyə o vurğulayıb.

Xəbərlər