351
Dünya 13 yanvar — 23:13

İran hərbçiləri Pakistan sərhədi yaxınlığında bir qrup terrorçu saxlayıb

İran İnqilab Keşikçiləri Korpusu Pakistan sərhədi yaxınlığında “Cundullah” terror təşkilatının üzvlərini saxlayıblar.

RİA “Novosti” xəbər verir ki, hadisə Sistan və Belucistan əyalətindəki Saravan şəhəri yaxınlığında baş verib. Məlumata görə, terrorçuların üzərindən partlayıcı qurğular, rabitə vasitələri götürülüb.

Saxlanılan silahlıların İran ərazisində terror aktları planlaşdırdığı bildirilir. 

Xəbərlər