230
Cəmiyyət 15 Yanvar 2022, 12:45

Dubaydan "iPhone" və qızıl gətirən azərbaycanlı İran gömrüyündə saxlanıldı

İranın Astara gömrüyündə qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd “iPhone 13” mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb: “Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib”, - deyə o bildirib.

Xəbərlər