203
Cəmiyyət 15 Yanvar 2022, 14:11

Bakıda naməlum kişi meyiti tapıldı

Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72-03, (012)- 456-03-02, (070) – 403-03-03 və (050) – 275-55-55 və (050) -679-26-11 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbərlər