166
Cəmiyyət 15 Yanvar 2022, 10:05

Bakıda qadın meyiti aşkarlandı

Bakıda mənzildə qadın meyiti aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir.

Qeyd olunur ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər