79
Cəmiyyət 15 Yanvar 2022, 09:02

Şamaxıda arvadını bıçaqlayan Yusifovun məhkəməsi başlayır

Şamaxı rayonunda arvadını bıçaqlamaqda təqsirləndirilən Səməd Yusifovun cinayət işi üzrə məhkəmə iclası başlayır. Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq. 

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda Şamaxı rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Səməd Yusifov arvadı, 26 yaşlı Zümrüd Yusifovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralını həkimlər xilas ediblər.

Keçirilən əməliyyat tədbirləri zamanı S.Yusifov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbərlər