176
Cəmiyyət 14 Yanvar 2022, 15:00

Prokuror Göyüşovu şantaj edən sayt rəhbərinə 4 il həbs cəzası istədi

Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə ittiham olunan “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək M.Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.

Rəsmi məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan tədbirlərlə M.Ələkbərovun R.Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, görüntülərin silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə almasına əsaslı şübhələr müəyyən edilib.

Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

virtualaz.org

Xəbərlər