370
Cəmiyyət 6 Dekabr 2021, 12:40

Azərbaycanlılar arasında atışma: biri öldürüldü, digəri yaralıdır

Ukraynanın Krivoy Roq şəhərində bir qrup xarici vətəndaş arasında ötən gün axşam yaranmış münaqişədə odlu silahlar və bıçaqlar işə düşüb. Yerli nəşrlər xəbər verir ki, şəhərdəki kafelərdən birinin yaxınlığında baş vermiş münaqişə zamanı bir nəfər Azərbaycan vətəndaşı odlu silahdan açılan atəşlə öldürülüb. Onun meyiti şəhərin mərkəzi rayonunda, avtomobildə aşkarlanıb. 

Digər Azərbaycan vətəndaşı isə kürəyindən bıçaq zərbəsi alıb. Öldürülən şəxsin daha bir nəfər azərbaycanlı ilə birlikdə həmin gün Kiyevdən Krivoy-Roqa getdiyi bildirilir. Yaralı azərbaycanlı isə 2019-cu ildə Krivoy-Roqda zərgərlik mağazasının qarət olunması işi üzrə saxlanılıb, amma daha sonra ev dustaqlığına buraxılıb.

virtualaz.org

Xəbərlər