238
Cəmiyyət 6 Dekabr 2021, 10:41

Bakıdan Qusara istirahətə gedən yeniyetmə oğlan dağdan yıxılıb öldü

Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb. Hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərlər