707
Cəmiyyət 1 Dekabr 2021, 12:29

Bakıda universitetin qarşısında kütləvi dava oldu

Bakıda kütləvi dava olub. Hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında baş verib. Hadisə nəticəsində iki nəfər bıçaqlanıb. Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu  açıqlamasında bildirib ki, hadisə zamanı bıçaq xəsarətləri alan Əli Allahverdizadə və Eşqin Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbərlər