102
Cəmiyyət 1 Dekabr 2021, 12:15

Gürcüstanda narkotacir Azərbaycan vətəndaşı tutuldu

Gürcüstanın paytaxtı Tbilisi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxslərdən biri 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır. İstintaqla təqsirləndirilən şəxslərin sistematik olaraq vətəndaşlara heroin və digər narkotik vasitələr satdığı müəyyən olunub. Onları 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

Xəbərlər