198
Cəmiyyət 1 Dekabr 2021, 11:29

Qusarda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan virtualaz.org-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini Dadaşbala Mürşüdov saxlanılıb.

Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, külli miqdarda müxtəlif növ siqaretlər, energetik içkilər, qızıl-zinət əşyaları və bahalı velosiped oğurladığı müəyyən edilib.

Həmçinin D.Mürşüdovun 2018-ci ildə həmkəndlisinin evindən də qızıl-zinət əşyaları və pul oğurladığı müəyyən edilib.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbərlər