122
Cəmiyyət 1 Dekabr 2021, 10:27

Xocavəndə icazəsiz keçən 9 nəfər saxlanıldı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib. 

Bu barədə virtualaz.porg-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

"Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq", - məlumatda qeyd olunub.

Xəbərlər