212
Cəmiyyət 1 Dekabr 2021, 09:30

Bakıda 13 yaşlı yeniyetmə qız 10-cu mərtəbədən yıxıldı

Bakıda yeniyetmə hündür mərtəbəli yaşayış binasından yıxılıb. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Cavadxan küçəsində hündürmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən mənzildə yaşayan Abdullazadə Z.A. ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Ağır xəsarətlər alan yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma, qapalı kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub.

On üç yaşlı qızda komatik vəziyyət müşahidə olunur. Z.Abdullazadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbərlər