420
Cəmiyyət 27 Noyabr 2021, 19:30

Bakıda 18 yaşlı qız özünü binadan atdı və intihar etdi

Bakıda 18 yaşlı qız intihar edib. Hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb. Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, F.Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərlər