116
Cəmiyyət 25 Noyabr 2021, 10:27

“Renzo Gracie Azerbaijan” Akademiyasının idmançıları Əbu-Dabidən qələbə ilə döndülər

Noyabrın 13-dən 19-na qədər  Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Jiu-Jitsu idman növü üzrə  dünya çempionatı keçirilib. Çempionatda“Renzo Gracia Azerbaijan” Akademiyası da özünün 6 idmançısı ilə iştirak edib. Yarışlarda uğurlu çıxış göstərən akademiyanın idmançıları: 62 kq. çəki dərəcəsində Cəfərzadə Azər gümüş medal, Səfiyev Nicat bürünc medal və 94+kq çəki dərəcəsində Süleymanov Ayaz gümüş medalla ölkəmizə qayıtmışlar.

Hər il Abu-Dabi şəhərində keçirilən bu dünya çempionatına ümumilikdə Azərbaycandan 20 nəfər idmançı qatılmışdır. Onlardan 17 idmançımız ölkəmizə müxtəlif medallarla qayıtmışlar.

 “Renzo Gracia Azerbaijan” Akademiyası 2020-ci ildə yaradılıb. Bu müddət ərzində Akademiya 2 dünya çempionatında iştirak edərək hər iki yarışdan vətənə gümüş və bürünc medallarla qayıdıb.   

“Renzo Gracia Azerbaijan” Akademiyası “Renessans Palace” Yaşayış Komleksində (Əhməd Cəmil küçəsi 27.) yerləşir. Akademiyada müxtəlif yaş qrupları üçün jiu-jitsu, boks, kiq-boks, tay-boks, güləş, sərbəst  güləş üzə məşğələlər keçirilir.

“Renzo Gracia Azerbaijan” Akademiyası haqqında daha ətraflı məlumat almaq üçün 012 210 9156 nömrəsilə əlaqə yarada bilərsiz. Həmçinin akademiyanın renzograciez instaqram sıhifəsindən də geniş məlumat əldə edə bilərsiz.

 

Xəbərlər