215
Cəmiyyət 23 Oktyabr 2021, 21:50

Biləsuvar çayxanasında mübahisə bıçaqlanma ilə nəticələndi

Ötən axşam Biləsuvar rayonunun Amankənd kəndində bıçaqlanma hadisəsi olub. Belə ki, kənd sakinləri - İsa Abbasov (1990),  Tural Yəhyalı  (1992),  Sənan Yəhyayev  (1989) və Ərəstun Şahmarov  (1995 ) çayxanada olarkən onlardan birinin həmkəndliləri Qoşqar Orucovla mübahisəsi düşüb. Daha sonra Qoşqar buradan uzaqlaşıb.

Zərərçəkənlərin sözlərinə görə, bir qədər sonra onlar evə gedərkən yolda Q.Orucov qəfildən onlara bıçaqla hücum edib. Hadisə zamanı hücuma məruz qalan dörd nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan Ə.Şahmarov ambulator müalicəyə buraxılıb. Digər 3 nəfərin xəsarəti nisbətən ağır olduğundan xəstəxana şəraitində müalicəyə qəbul olunublar.

Xəbərlər