162
Cəmiyyət 14 Oktyabr 2021, 22:36

Novxanıda istirahət mərkəzində yanğın baş verdi

Abşeron rayonunun Novxanı kəndində istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 kvadrat metr olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kvadrat metr sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir. 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Xəbərlər