503
Cəmiyyət 13 Oktyabr 2021, 22:36

Rusiyada saxta araq düzəldən azərbaycanlı: “Özüm bunu içmirəm, bağlayırıq, satırıq...”

Rusiya polisi Qazaxıstanla sərhəd Orenburq vilayətində azı metanoldan hazırlanmış saxta alkoqollu içkilərdən azı 30 nəfərin ölməsindən sonra saxta araq sexlərini aşkarlamaq üçün reydlər keçirir.(Xatırladaq ki, həmin saxta içkilərin satışını təşkil edən 3 azərbaycanlı həbs olunub, - red.) virtualaz.org xəbər verir ki, Peterburqda polis saxta alkoqollu içkilər hazırlanan sex aşkar edib. Həmin sexdə “istehsal prosesi” ilə 32 yaşlı Azərbaycan vətəndaşı məşğul olurdu.

Saxlanılmazdan əvvəl o, kamera qarşısında deyib ki, Rusiyaya 5 il əvvəl gəlib. Yükdaşıyan işləyib, daha sonra “araq bağlamağa” başlayıb. Hər gün onun işlədiyi sexdə 15-20 qutu saxta araq düzəldildiyini bildirib. “Zakrıvaem, i prodayom...”, - rus dilində birtəhər fikirlərini çatdıran azərbaycanlı deyir.

Həmin azərbaycanlı deyib ki, düzəltdikləri araqdan özü içmir. O etiraf edir ki, bu işə son qoymağın vaxtıdır, amma Rusiyada başqa nə işlə məşğul olacağını da bilmir. Həmin kadrları təqdim edirik:

Xəbərlər