131
Cəmiyyət 28 Sentyabr 2021, 21:20

Sumqayıtda avtomobili qarət etdi və tutuldu

Sumqayıt şəhərində yerləşən avtotəmir sexlərinin birində oğurluq hadisəsi baş verib. Beləki, Əliyev Murad Adil oğluna məxsus "Nissan" markalı avtomobili sexdə olarkən qarət edilib.

Avtomobilin 800 manat dəyərində ehtiyat hissələri oğurlanıb. Daha sonra hadisəni törədən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər