130
Cəmiyyət 28 Sentyabr 2021, 19:45

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Goranboyda xurma bağlarında müşahidələr apardı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

virtualaz.org xəbər verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Gəncə regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Goranboy rayonunda yerləşən xurma bağlarında aparılan monitorinqlər nəticəsində meyvə ağaclarında müxtəlif zərərvericilərlə sirayətlənmə hallarına rast gəlinib. Aşkar edilmiş zərərli orqanizmlər haqqında təsərrüfat sahiblərinə geniş məlumat verilib, onlara qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tövsiyələr verilib.

Xəbərlər