138
Cəmiyyət 27 Sentyabr 2021, 23:37

Neftçalada pambıq zavodunda yanğın baş verdi

Neftçala rayonunun pambıq zavodunda yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, rayonun Qədimkənd kəndi yaxınlığında pambıq zavodunun ərazisində çəkisi 183 ton olan pambıq bağlamalarının 153 kiloqramı yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb, pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. 

Xəbərlər