233
Cəmiyyət 26 Sentyabr 2021, 23:00

Bəstəkar Adil Bəbirov Kanadada vəfat etdi

Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov vəfat edib. Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib. O, bəstəkarın bu gün Kanadada vəfat etdiyini bildirib: "Bizim onunla uzun illər əlaqəmiz yox idi. Orada qocalar evində yaşayırdı. Elə orada da dünyasını dəyişib. Hər halda elə Kanadada da dəfn olunar. Yeri gəlmişkən bir neçə gün əvvəl yekunlaşan 13-cü Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında onun da əsərləri səsləndirildi".

Qeyd edək ki, A.Bəbirov 1934-cü ildə anadan olub.

Xəbərlər