156
Cəmiyyət 26 Sentyabr 2021, 22:30

Ağstafa sakininin bağda meyiti tapıldı

Ağstafada meyit aşkar olunub. Hadisə rayonun Poylu kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Hüseynov Elvin Məlik oğlunun meyiti yaxınları tərəfindən bağda aşkar edilib.

İlkin müayinə zamanı onun ürəktutmasından dünyasını dəyişdiyi məlum olub. 37 yaşlı kişinin meyiti məhkəmə-tibb ekspertizasına təqdim edilib.

Ölümün baş verməsinin dəqiq səbəbləri araşdırılır.

Xəbərlər