184
Cəmiyyət 18 Sentyabr 2021, 22:58

Sabirabadda “QAZel” aşdı

Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, rayonun Zəngənə kənd sakini, 1982-ci il təvəllüdlü Süleymanov Raqif Fərhad oğlu “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Xəbərlər