75
Cəmiyyət 15 Sentyabr 2021, 10:06

Göyçayda evini tərk edən koronavirus xəstəsi saxlanıldı

Göyçayda polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Bığır kənd sakini Elvin Həmidovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.Buna baxmayaraq həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarıb.

Həmidov barəsində araşdırma aparılır.

 

Xəbərlər