116
Cəmiyyət 14 Sentyabr 2021, 20:45

Bakıda ikimərtəbəli ev yandı

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 kvadrat metr olan ikimərtəbəli evin (hər mərtəbəsi 120 kvadrat metr) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbərlər