438
Cəmiyyət 14 Sentyabr 2021, 21:57

Həbsxanada koronavirusa yoluxan keçmiş icra başçısı reanimasiyaya yerləşdirildi

21:57

Koronavirusa yoluxan keçmiş icra başçısı Mahir Quliyevin vəziyyəti pisləşib. O, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.  

***

17:31

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev koronavirusa yoluxub. Bu barədə onun vəkili məlumat verib.

Vəkil bildirib ki, Quliyevin vəziyyəti ağırlaşdığından onu Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürüblər: "Həkimlərin rəyinə əsasən, o, şəkərli diabet, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir. Hazırda vəziyyəti stabildir”.

Qeyd edək ki, Mahir Quliyev bu il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

(Apa.az)

Xəbərlər