1474
Cəmiyyət 8 Sentyabr 2021, 20:25

Kamera qarşısında soyunan Ramiz Göyüşov YAP-dan qovulacaq

“Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılmış, heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib”.

Bunu Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib. Qeyd edilib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Həmin görüntülərdə R.Göyüşov iş başında ikən mesenger vasitəsilə ona zəng edən "qadın" qarşısında soyunub. Maraqlısı isə budur ki, zəng edən və kamera qarşısında soyunan əslində, qadın deyil. Bu, sadəcə şantajçılar tərəfindən istifadə edilən proqramdır. Son günlərdə sosial şəbəkələrdə bu üsulla qurbana çevrilənlərin sayı artıb.

Xəbərlər