240
Cəmiyyət 2 Avqust 2021, 13:57

Bakıda qadın evdən 28 min manatlıq oğurluq edib

Bakıda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinVirtualaz.org-a verilən məlumata görə, Xətai rayonu ərazisindəki evlərin birindən 4800 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb.

Xəbərlər