122
Cəmiyyət 2 Avqust 2021, 11:45

Goranboyda qadını avtomobil vuraraq öldürüb

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Virtualaz.org xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Nissan" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər