172
Cəmiyyət 31 İyul 2021, 12:37

Polis əməliyyat keçirib

Cəlilabadda metamfetaminin ("patı") dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Virtualaz-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Quliyev və H.Nəsirov tutulublar.

Keçirilən baxış zamanı hər ikisinin üzərindən "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla onların həmin psixotrop maddəni Cəlilabad rayon sakini Ə.Cəfərovdan əldə etdiyi müəyyən olunub. Sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən heroin və metamfetamin götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakinləri N.Abdullayev və İlham Kərimov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə satış üçün hazırlanmış heroin və metamfetamin götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Xəbərlər