333
Cəmiyyət 31 İyul 2021, 09:16

Masazırda ər arvadını qətlə yetirdi, Lökbatanda yaraladı

Bakıda ər əvvəlcə arvadına, sonra isə özünə bıçaqla xəsarət yetirib. Bu hadisə Qaradağ rayonunda qeydə alınıb. Məlumata görə, Lökbatan qəsəbəsində 1988-ci il təvəllüdlü Səfərova Ülviyyə Zahir qızı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səfərov İsmayıl Qafar oğlu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən İ.Səfərov özünə də iki bıçaq zərbəsi vurub. O, xəstəxanaya çatdırılıb. İ.Səfərova boyunun kəsilmiş-deşilmiş və biləyin kəsilmiş yaraları diaqnozu qoyulub.

Abşeron rayonunda isə ər-arvad davası ölümlə nəticələnib. Masazır qəsəbəsində 1975-ci il təvəllüdlü Əliyeva Nailə Məcnun qızı evində mübahisə zamanı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

 

Xəbərlər