620
Cəmiyyət 30 İyul 2021, 22:04

Silahlı şəxslər Türkiyədə evə basqın etdi, bir ailənin 7 üzvünü öldürdü

Türkiyənin Konya vilayətində dəhşətli cinayət hadisəsi baş verib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, vilayətin Meram qəsəbəsində evə hücum edən silahlı şəxslər bir ailənin 7 üzvünü qətlə yetiriblər və evə od vuraraq hadisə yerindən qaçıblar.

Hadisə qəsəbənin Hasanköy küçəsində baş verib. Günün ikinci yarısında evə daxil olan silahlı şəxslər hamısı bir ailənin üzvlər olan Yaşar Dedeoğlu, Barış Dedeoğlu, Serpil Dedeoğlu, Serap Dedeoğlu, İpek Dedeoğlu, Metin Dedeoğlu və Sibel Dedeoğlunu qətlə yetiriblər. Daha sonra evə benzin tökərək od vurublar. Məhəllə sakinləri hadisə haqda polisə və yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə gələn polislər qonşuların ifadələrini alıb və silahlı şəxslərin axtarışına başlayıb. Hadisənin motivi bəlli deyil.

Virtualaz.org

 

Xəbərlər