232
Cəmiyyət 27 İyul 2021, 20:06

İstanbulda atışma, bu dəfə qohumlar arasında

Tez-tez kriminal qruplaşmalar arasında atışmaların olduğu İstanbul bu gün də qanlı silahlı münaqişəyə şahidlik edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qohumlar arasında yaranan silahlı münaqişə zamanı 3 nəfər ölüb,  3 nəfər yaralanıb.

Hadisə saat 14.00 radələrində Beyoğlu məhəlləsində baş verib. Əri ilə dava edən qadın atasının evinə gedib. Ardınca onun əri Berk Giray qardaşı və qohumu ilə birlikdə qaynatasının evinə yollanıb. Qapını döyərək arvadını səsləyən Berk Girala evdəkilər arasında mübahisə başlayıb, bu zaman həmin üç nəfərdən biri silahını çəkərək havaya atəş açıb.

Berk Girayın arvadı Hacer Girayın atası Mürsel A. baş verənləri eşidəndə dərhal evinə gedib, onun iş yeri evi ilə eyni məhəllədə olduğundan hadisə yerinə tez çatıb və iki qohum ailə arasında münaqişə daha da şiddətlənib. Bu zaman kürəkəni müşaiyət edənlərdən biri ona atəş açıb, Mürsəl A. ayağından yaralanıb. O da silahını çəkib və kürəkəni Berk Girayı, onun qardaşı Burak Girayı və qohumları Hulusi Girayı güllələyib. Hər üç şəxs hadisə yerində ölüb, daha iki nəfər isə hansı tərəfdən açıldığı məlum olmayan atəşlə yaralanıb.

Yaralı halda xəstəxanaya aparılan Mürsel A. kürəkənini və onun qardaşı ilə qohumunu güllələdiyi haqda polisə məlumat verib. Lakin qalan 3 yaralıdan xəbəri olmadığını deyib.

Virtualaz.org

 

 

Xəbərlər