172
Cəmiyyət 27 İyul 2021, 17:59

Gəncədə avtomobil əvvəlcə piyadanı vurub, sonra isə başqa bir avtomobilə çırpılıb

Gəncədə yol qəzası baş verib. Hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106 "markalı minik maşını yolu keçmək istəyən orta yaşlı İntizam adlı şəxsi vurub. Daha sonra "VAZ 2106"markalı avtomobil hərəkətdə olan "VAZ 21011" markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbərlər