307
Cəmiyyət 27 İyul 2021, 19:33

Tovuzda ata oğlunu zəncirlə ağaca bağlayaraq döyüb

Tovuz rayonunda ata oğlunu qəddarcasına döyüb. Hadisə rayonun Cəlilli kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü yeniyetmə atası tərəfindən ağacla döyülərək xəsarət alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qeyd olunur ki, atanın oğlunu zəncirlə ağaca bağlayaraq döyməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərlər