156
Cəmiyyət 22 İyul 2021, 15:44

Sabirabadda 52 yaşlı qadın qətlə yetirilib

Sabirabad şəhərindəki uşaq bağçalarının birində gözətçi işləyən və orda yaşayan Sabirabad rayonunun Ulaclı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızının küt alətlə qətlə yetirilmiş meyiti aşkar edilib. Onun kim tərəfindən və nə vaxt qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Faktla bağlı Sabirabad rayon prokuroluğu tərəfindən cinayət işi açılıb. (APA)

Xəbərlər