309
Cəmiyyət 22 İyul 2021, 10:33

Qurbanlıq heyvanların tullantılarını dərəyə atdılar, şəhəri üfunət bürüdü

Rusiyanın Primorsk vilayətinin Bolşoy Kamenka şəhərində Qurban bayramı günlərində kəsilən heyvanların dərilərini və digər tullantılarını yarğana atıblar. Nəticədə şəhəri üfunət iyi bürüyüb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şəhər sakinləri kəskin üfunət iyinə görə meriyaya şikayət ediblər. Meriya nümayəndələri məsələni araşdırıblar və yarğanlardan birində böyük sayda heyvan dərisi, digər tullantıların qalaqlandığını görüblər. Bu tullantılar təmizlənib, araşdırma zamanı məlum olub ki, həmin tullantıları Azərbaycandan olan iki ticarətçi yarğana atıb. Onlar hər şeyi etiraf ediblər.

Tullantılar yarğandan təmizlənib, amma sakinlər yenə də üfunət iyindən şikayətləniblər. Məlum olub ki, bu dəfə həmin yarğana kimlərsə keçi leşi atıb. Leşi ora kimin və hansı məqsədlə atdığı bəlli deyil.

Virtualaz.org

Xəbərlər