92
Cəmiyyət 22 İyul 2021, 09:15

Narkotik vasitələri yayanların aşkar edilməsi davam edir

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəllər kənd sakini Yadulla Hüseynov saxlanılıb.

Onun yaşadığı evin ətrafına baxış keçirilən zaman Y.Huseynovun böyürtkən kolları arasında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

Xəbərlər